Klubunun prezidenti DÖYÜLDÜ - ANBAAN VİDEO
Türkiyənin "Sakaryaspor" klubunun prezidenti Gökhan İn klubun reklam və sponsorluq işlərinə baxan Cengiz Şen tərəfindən döyülüb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, C.Şenin klub prezidentini döydüyü görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Hücum anında lentə alınan görüntülərdə Şenin Gökhan İnlə danışarkən söylədiyi təhdid dolu sözləri diqqət çəkib.
Xəsarət və təhdid etmə daxil daha 6 cəzası olan klub rəsmisi barədə cinayət işi açılıb.
Firuzə Əliyeva