azia.az
azia.az

Futbola xərclənən pullar havaya sovrulur-DEPUTATDAN SƏRT TƏNQİD

19-06-2024, 08:58

Xaricdən gətirilən futbol mütəxəssislərinə AFFA-nın milyonlarla dollar/avro maaş verməsi ictimaiyyətdə birmənalı qarşılanmır. Futbolsevərlər haqlı olaraq deyirlər ki, xaricdən gələn baş məşqçilərə yüksək qonorar ödənilsə də, futbolda, əsasən də millinin işində ciddi nailiyyət yoxdur. Belə olan halda bahalı baş məşqçi (həm də kifayət qədər yaşlı) təcrübəsindən niyə imtina edilmir?

Azia.az blogu Milli.Az-a istinadla xəbər verir ki, deputat Aqil Abbas Globalinfo.az-a açıqlamasında bizə 69 yaşlı Fernandu Santuşun lazım olmadığını bildirib.

O, AFFA-nın Santuşu məşqçi kimi gətirməsinə pis baxdığını və qınadığını bildirib:

"Gedib, məşqçi kimi 69 yaşlı qocanı gətiriblər. Hansı ki, adamın bir dəfədən artıq uğuru da yoxdur. Gəzə-gəzə gəlib Azərbaycana çıxdı. Allah xeyir versin. Daha nə deyə bilərəm? Düzdür, hər şey təkcə baş məşqçidən asılı deyil. Etiraf edək ki, Azərbaycanda futbol inkişaf etməyib, yeni nəsil yetişmir, milli kadrlarımız azdır. Təsəvvür edin, hər komandada 8-9 legioner var. Milli komandadırsa, elə özümüzünkiləri yetişdirin, oynasınlar da. Ona görə də gərək futbol inkişaf edə ki, baş məşqçi nəsə edə bilsin. Amma məşqçi özünü tanıtmalıdır. Pul alıb, vaxt keçirməli deyil".

A.Abbas xaricdən gələn baş məşqçiləri qəbul etmədiyini deyib:

"Mən AFFA deyiləm və bu, mənim şəxsi fikrimdir. Azərbaycanın 10 milyon vətəndaşından biri kimi deyirəm ki, bizə xaricdən gələn "mütəxəssis" lazım deyil. Mənim də futboldan az-çox başım çıxır. De Biyazidən, Santuşdan və digər gələnlərdən daha yaxşı anlayışım var. Azərbaycanın özünün yaxşı kadrları çoxdur. Onlara şans və vaxt verilməlidir. Burada Ayxan Abbasov, Tərlan Əhmədov, Samir Abasov kimi yaxşı məşqçiləri nümunə kimi göstərə bilərəm. Elə pulu və dəyəri öz azərbaycanlılarımıza versinlər də!"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi