azia.az
azia.az

Futbolçular yumruq və təpik davasına çıxdı - VİDEO+FOTOLAR

6-06-2024, 08:49

Azərbaycan II Liqasına yüksəlmək üçün pley-off mərhələsinin cavab görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, Region Liqasının finalçısı "Hypers"lə II Liqanı 13-cü pillədə başa vuran "Şəfa" üz-üzə gəlib.

Qarşılaşma Vüqar Nadirovun kapitanı olduğu komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İki oyunun nəticəsinə əsasən, 4:1 hesablı üstünlük əldə edən "Hypers" növbəti mövsüm II Liqada iştirak etmək hüququ qazanıb.

“ASCO Arena”. 70 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Kərim Zeynalov, Tərlan Talıbzadə
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Anar Ağayev, 45 (qeyri-idman hərəkəti); Rəhim Cəfərov, 70 (qeyri-idman hərəkəti); Ramil Əhmədov, 70 (qeyri-idman hərəkəti); Nahid Mehrəliyev, 72 (qeyri-idman hərəkəti) // İlkin Mikayılov, 8 (qeyri-idman hərəkəti); Ramiz Qasımov, 70 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Sirac Məmmədli, 90+4 (təcavüzkar davranış) // Nicat Abbasov, 90+5 (təcavüzkar davranış)
Qollar: Vüqar Nadirov, 2; Məhəmməd Alıyev, 45+2 // Ramiz Qasımov, 65
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi