Türkiyə klubunun qapıçısı "Neftçi"yə son sözünü dedi - Gəlir, ya gəlmir?
«Neftçi» ilə Şahruddin Məhəmmədəliyev arasında danışıqlar başa çatıb.
«Ağ-qaralar»ın dəvət göndərdiyi qapıçı Türkiyədən Azərbaycana qayıtmaqdan imtina edib.
Ötən ilin yayından üzü bəri «Adana Dəmirspor»un formasını geyinən sabiq «Qarabağ»lı bu tezliklə Premyer Liqaya dönmək istəmədiyini bildirib.
Adana təmsilçisi ilə 2025-ci ilin yayınadək qüvvədə olan millimizin «1 nömrə»si karyerasını elə Super Liqada davam elətdirməyi planlaşdırdığını söyləyib.
«Adana Dəmirspor» dərin krizis içindədir. Aylardır maliyyə böhranı yaşayan klub futbolçular qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. «Şah» da onların içindədir.