Ronaldo bu matçdakı penalti ilə 878-ci qolunu vurdu
Dünən AFK Çempionlar Liqasının 1/4 final mərhələsində “Əl-Nasr”- “Əl-Ayn” komandaları üz-üzə gəlib.
Sfera.az bildirir ki, matç Ər-Riyadda "Əl-Avval Park" stadionunda keçirilib.
"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Ronaldo 118-ci dəqiqədə penalti zərbəsini qola çevirib. Beləliklə, bu qol 39 yaşlı futbolçunun klub səviyyəsində 750-ci (Portuqaliya millisi də daxil olmaqla 878-ci) qolu olub.
Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının sonunda azad agent kimi “Mançester Yunayted”dən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.
Bu mövsüm forvard "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 32 oyun keçirib, 29 qol vurub və 11 məhsuldar ötürmə edib. Hücumçunun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Futbolçunun təxmini dəyəri 15 milyon avrodur.
Fatimə Lətif