azia.az
azia.az

Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq

2-03-2024, 14:33

Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda yarışacaq.

“Report”un məlumatına görə, 20 yaşlı idmançı finala yüksələ bilməyib.

Ardıcıl 4 rəqibini üstələyən cüdoçu yarımfinalda Avstriya təmsilçisi Şamil Borçaşviliyə məğlub olub. O, bürünc medal uğrunda görüşdə Mixaylo Svidrakla (Ukrayna) qarşılaşacaq.

Bu gün tatamiyə çıxan Azərbaycan millisinin digər cüdoçuları İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq) və Aytac Qardaşxanlı (63 kq) uğursuz nəticə göstəriblər.

Qeyd edək ki, reqlamentə əsasən, yarışın qalibi 1000, ikincisi 700, üçüncü yeri tutanlar isə 500 reytinq xalı qazanırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi