azia.az
azia.az

Dadaşov qol vurdu, komandası qələbə qazandı

18-02-2024, 13:44

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Xəbər verilir ki, paytaxt təmsilçisi çempionatın 22-ci turunda “Jena” ilə qarşılaşıb və səfər matçında 3:2 hesablı qələbəyə sevinib.

Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının ilk qolunu da 4-cü dəqiqədə penaltidən fərqlənən Rüfət vurub.

“Dinamo” hazırda 42 xalla 2-ci pillədə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi