azia.az
azia.az

FİFA klubların qış transfer pəncərəsində nə qədər pul xərclədiyini açıqlayıb

14-02-2024, 08:44

Azia.az media-Qış transfer pəncərəsində futbol klublarının xərcləri 1,46 milyard dollara çatıb ki, bu da bütün yanvar dövrləri üçün ikinci ən yüksək göstəricidir.

Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) saytında məlumat verilib.

Qeyd olunub ki, 2024-cü ilin yanvar ayında klublar tərəfindən edilən transferlərin sayı təxminən 4,7 min olub və 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6% artıb.

Fransız klubları futbolçulara ən çox pul xərcləyib. Hazırkı məbləğ (291,9 milyon ABŞ dolları - Qeyd) keçən illə müqayisədə iki dəfə çoxdur.

İngiltərə klublarının xərcləri isə il ərzində demək olar ki, 80% azalıb.“Report”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi