azia.az
azia.az

Azərbaycanın 6 klubu bu gün yoxlama görüşü keçirəcək

15-01-2024, 13:57

Azərbaycanın 6 klubu bu gün yoxlama görüşü keçirəcək.

Azia.az report-a istinadən xəbər verir ki, onlardan 4-ü ölkə daxilində üz-üzə gələcək, 2-si isə Türkiyədə sınaq matçına çıxacaq.

Premyer Liqa təmsilçiləri “Qəbələ” ilə “Araz-Naxçıvan” birincilərin meydanında üz-üzə gələcəklər. Qarşılaşma saat 14:00-da başlayacaq.

Bundan bir saat sonra Premyer Liqanın liderləri “Qarabağ”la “Zirə” Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaqlar.

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Səbail” Rusiyanın “Fakel” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. “Miracle Resort” hotelinin idman mərkəzində təşkil olunacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” isə 2 yoxlama matçı keçirəcək. Ayxan Abbasov yetirmələrini əvvəlcə Macarıstan təmsilçisi “Şiofok”la görüşdə sınayacaq. “Fanatic Tour Sport Center”də baş tutacaq oyun Bakı vaxtı ilə saat 12:00-da start götürüb. Tovuzlular axşam saatlarında isə Özbəkistan təmsilçisi “Nasaf”la üz-üzə gələcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi