azia.az
azia.az

Ən bahalı futbolçularından ibarət simvolik komanda tərtib edildi

1-02-2024, 08:16

Azia.az media-“Transfermarkt” portalı dünyanın ən bahalı futbolçularından ibarət simvolik komandanı tərtib edib.

“Report”un məlumatına görə, 11 futbolçudan ibarət komandanın ümumi bazar dəyəri 1,22 milyard avro olub.

Komandanın tərkibi aşağıdakı kimidir:

Hücumçular: Cude Bellinqem (İngiltərə, Real Madrid), Kilian Mbappe (Fransa, PSJ), Erlinq Haaland (Norveç, Mançester Siti).

Yarımmüdafiəçilər: Rodriqo Hernandes (İspaniya, Mançester Siti), Camal Musiala (Almaniya, Bayern Münhen), Deklan Rays (İngiltərə, Arsenal).

Müdafiəçilər: Trent Aleksander-Arnold (İngiltərə, Liverpul), Vilyam Saliba (Fransa, Arsenal), Ruben Diaş (Portuqaliya, Mançester Siti), Yoşko Qvardiol (Xorvatiya, Mançester Siti).

Qapıçı: Mayk Menyan (Fransa, Milan)

Hazırda ən bahalı futbolçular Bellinqhem, Mbappe və Haalanddır. “Transfermarkt”a görə hər üç futbolçu 180 milyon avro dəyərində qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi