azia.az
azia.az

Bu gün “Qarabağ” “Neftçi”ni qəbul edəcək

18-12-2023, 08:47

Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turuna yekun vurulacaq.

“Report” xəbər verir ki, turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq: saat 20:00-da “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Bu, iki komanda arasında ölkə çempionatları çərçivəsində 93-cü qarşılaşma olacaq. Əvvəlki 92 matçda “köhlən atlar” böyük üstünlüyə malikdir. 38 qələbəsi olan Ağdam təmsilçisi 31 dəfə heç-heçə edib. 23 görüşdən xalsız ayrılmış “Qarabağ” top fərqində də öndədir – 118-83. Eyni zamanda, “Qarabağ” doqquz oyundur əzəli rəqibinə uduzmur. Bununla belə, “Neftçi” bu mövsüm çempionatda ən az qol buraxan komandalardan biridir. “Ağ-qaralar”ın passivində cəmi 15 qol var ki, bu da ən yaxşı üçüncü göstəricidir.

“Qarabağ” 35 xalla turnir cədvəlində birincidir, “Neftçi” isə ondan on xal az toplayaraq beşinci pillədə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi