Putini təbrik edən baş məşqçi postundan qovuldu
Fanat.Az xəbər verir ki, serb mütəxəssis şənbə günü, oktyabrın 7-də mütəxəssis Putini 71 yaşı münasibətilə belə təbrik eedib: "Çox yaşa, adaş! Serblər və ruslar əbədi olaraq qardaşdırlar!".
Bundan sonra "Viymsi Smsraxa" rəhbərliyi Yovanoviçlə əməkdaşlığı dayandırmaq qərarına gəlib.
"Baş məşqçimiz Vladimir Yovanoviçlə müqavilə tərəflərin razılığı ilə başa çatıb. Komandanın baş məşqçisinin belə davranmasına imkan verə bilmərik”, - deyə klub rəhbəri Andrey Qolovin ERR.ee-yə bildirib.
Yovanoviç ötən ilin dekabrında 18 aylıq müddətə müqavilə imzalayaraq "Viymsi Smsraxa"ya gəlmişdi.
Mirağa