Qurban Qurbanovdan Xankəndi ilə bağlı təxribatçı suala cavab
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah İsveçin “Hekken” klubuna qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında iştirak edib.
Xəbər verilir ki, yerli jurnalistlərdən biri çalışdırıcıya “Ermənilər hazırda “Qarabağ”ı tərk edir, bu sizə təsir edir” sualını verib.
Qurbanov onun sualına belə cavab verib:
“Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Bu gün ordakı insanlar öz doğma ölkələrinə gedirlər. Azərbaycanlılar öz doğma torpaqlarına qayıdırlar. Digər ölkənin nümayəndələrin çox yaxşı yola salırlar. Rahat şəkildə onlara şərait yaradılır, kömək edilir. Hamı bilir ki, biz özümüzü daha yaxşı hiss edirik, çünki torpaqlarımız qayıdıb. “Qarabağ” Azərbaycandır, Azərbaycanın olub”. Sfera.az