azia.az
azia.az

Ronaldo qol vurdu, komandası qalib gəldi

30-09-2023, 08:56

Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatında 8-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, məşhur futbolçu Kristiano Ronaldonun da formasını geyindiyi "Əl-Nəsr" səfərdə "Əl-Tai" ilə qarşılaşıb. Matç "Əl-Nəsr"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

32-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Anderson Taliska fərqlənib. Qol ötürməsini Ronaldo verib. 79-cu dəqiqədə "Əl-Tai"nin yarımmüdafiəçisi Virgil Misidyan hesabı bərabərləşdirib. Ronaldo 87-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək "Əl-Nəsr"ə qələbə qazandırıb.

"Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 3-cü yerdədir. Komanda 8 görüşdən sonra 16 xal toplayıb. “Əl-Tai” yeddi xalla 12-cidir. “Əl-İttihad” 19 xalla liderdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi