azia.az
azia.az

ÜST: "Hər il dünyada 3,2 milyon insan hərəkətsizlikdən həyatını itirir”

23-09-2023, 10:14

“Hər il dünyada 3,2 milyon insan hərəkətsizlikdən qaynaqlanan səbəblər üzündən həyatını itirir”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, kifayət qədər hərəkət etməmək dünyada dördüncü ən çox qeydə alınan ölüm səbəbidir.

Qeyd edilir ki, sağlam həyat üçün gündə cəmi 2 500 addım atmağın belə, xüsusi faydası var.

Gündə 10 min addım atmaq ümumi fitnes hədəfi hesab olunur, lakin, sağlamlığa fayda verməyə başlamaq üçün hər gün 4 min addımlamaq kifayətdir.

Hər gün addımları 500-dən çox artırmaq isə, ürək-damar xəstəliklərindən ölüm riskini 7 faiz azaldır.

Bildirilir ki, 60 yaş və yuxarı böyüklər gündə 6-10 min addım atdıqları zaman vaxtından əvvəl ölüm riskinin yüzdə 42 azaldığının şahidi olurlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi