Araz Abdullayevin yeni klubu bəlli oldu
Fanat.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Kosovo təmsilçisi "Llapi"ylə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Abdullayevlə 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Abdullayev karyerası ərzində yetirməsi olduğu "Neftçi"dən başqa, "Qəbələ", "Qarabağ", "Sumqayıt" klublarında, ölkədən kənarda isə İngiltərə "Everton"u, Yunanıstan "Panionios"i, Kipr "Etnikos"u və "Anortosis"i, Türkiyə "Boluspor"unda forma geyinib.
Araz Azərbaycan millisində 44 oyun keçirib və 3 qolla yadda qalıb.
"Llapi" Kosovo çempionatında 2 turdan sonra 3 xalla 5-ci sırada qərarlaşıb.