Təcavüzə görə 4 il həbs cəzası alan hücumçu ilə müqaviləyə xitam verildi
“Selta” hücumçusu, həbs olunmuş Santi Mina ilə müqaviləyə xitam verib.
Sportinfo.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Santi Mina ilə əmək müqaviləsi birtərəfli qaydada ləğv edilib.
İyul ayında Minaya təcavüzə görə 4 il həbs cəzası kəsilib. Hadisə 2017-ci ildə, futbolçunun “Valensiya”da çıxış etdiyi vaxt baş verib.