azia.az
azia.az

Qızıl medal qazanan yeniyetmə cüdoçu: “Rəqiblərimi asanlıqla məğlub etdim”

31-07-2023, 09:19

“Sloveniyanın Maribor şəhərində keçirilən yarış çox həyəcanlı idi”.

Bunu “Report”a açıqlamasında Sloveniyada XVII Avropa Gənclər Olimpiya Festivalında qızıl medal qazanan yeniyetmə cüdoçu Vüsalə Hacıyeva deyib.

Onun sözlərinə görə, yarışda rəqiblərini asanlıqla məğlub edib: “Yarımfinal görüşündə nisbətən güclü rəqiblə qarşılaşdım. Lakin ona da qalib gəldim”.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Sloveniyanın Maribor şəhərində XVII Avropa Gənclər Olimpiya Festivalının fərdi və qarışıq komanda yarışlarında 9 medal qazanıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi