“Qarabağ” aparıcı futbolçusunu itirdi – Millimizin üzvləri oynamayacaq
Premyer Liqanın 26-cı turu bir neçə futbolçu üçün tamaşa meydanı olacaq.
10-12 mart aralığında keçiriləcək oyunları 7 futbolçu kənardan izləmək məcburiyyətindədir.
Cəzalılar “Qarabağ”da Kevin Medina, “Qəbələ”də Məqsəd İsayev, “Kəpəz”də Abdullahi Şuaybu, “Səbail”də Ağabala Ramazanovla Qustavo de França, “Sabah”da Anatoli Nuriyevlə Aleksey İsayevdir.
Sarı vərəqə limitini dolduran və öncəki turda qırmızı vərəqə alan sözügedən futbolçular 26-cı turda iştirak edə bilməyəcək.
Medinanın “Qarabağ”, millimizin üzvləri İsayevlə Nuriyevin “Sabah” üçün kifayət qədər ciddi itki olduğu dəqiqdir.
Martın 10-da “Kəpəz” - “Zirə”, “Sabah” – “Sumqayıt”, ertəsi “Turan Tovuz” – “Qəbələ”, “Qarabağ” – “Səbail”, martın 12-də “Şamaxı” – “Neftçi” görüşlərinə şahidlik edəcəyik.