azia.az
azia.az

"Real" mənim həyatımın klubudur" - Modriç danışıq aparmadığını dedi

21-02-2023, 08:34

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç klub rəhbərliyi ilə yeni müqavilə ilə bağlı danışıq aparmadığını bildirib. 

Fanat.Az xəbər verir ki, İspaniya nəhənginin rəsmi saytı klubu ilə anlaşmasının müddəti cari mövsümün sonunda başa çatacaq xorvatın dediklərini belə çatdırıb:

"Rəhbrəliklə müqaviləmin müddətinin uzadılması barədə ötən il olduğu kimi, bu il də danışığımız olmayıb. Çox sakitəm. Bu suallar bir qədər darıxdırıcı olduğu üçün həmişə cavabım eyni olur: "Real"da özümü yaxşı hiss edirəm və burada qalmaq istəyirəm. 

Yeni müqaviləni oyunumla haqq etsəm, rəhbərliklə danışa bilərik. Belə deyim, komandaya xeyrim dəyəcəyi halda, qalmaq istəyərəm. Sabah nə olcağını dəqiq bilmirəm. Yaşayarıq, görərik. Hələ mövsümün sonuna çox var. Öncə ən yaxşı formamı bərpa etməyə çalışmalıyam. Onu da deyim ki, heç nə mənim "Real"a olan münasibətimi dəyişə bilməz. "Real" mənim həyatımın klubudur".

Nihat 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi