azia.az
azia.az

Rusiyalı qapıçı "Qarabağ"a cari mövsümün sonunda keçə bilər

13-02-2023, 09:29

Almaniyanın "Bayer" klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyov "Qarabağ"a bu ilin yayında keçə bilər.

Bu barədə 32 yaşlı qolkiperin agenti Anton Smirnov "RB Sport"a açıqlama verib.

O bildirib ki, bütün variantlar cari mövsümün sonunda yenidən nəzərdən keçiriləcək: "BASE agentliyi ilə əməkdaşlıq müqaviləsi bağladıq. Böyük Britaniyadan təkliflər gözləyirik. Türkiyə variantı qalır. Eyni zamanda, "Qarabağ"ı da istisna etmirəm".

Qeyd edək ki, Andrey Lunyovun "Qarabağ"a keçidi zədə səbəbindən baş tutmayıb.report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi