azia.az
azia.az

"Real Madrid" yeni rekorda imza atıb

12-02-2023, 09:58


İspaniya "Real Madrid"i Avropanın "Top-5" liqalarında çıxış edən və 100 titul qazanan ilk klub olub.

Məlumata görə, Madrid təmsilçisi bu uğura klublararası dünya çempionatının finalında Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasına 5:3 hesabı ilə qalib gəlməklə yiyələnib.

"Real Madrid"in ən yaxın izləyicisi 98 titulla "Barselona"dır.

Sonrakı pillələrdə "Bavariya" (Almaniya, 82), "Yuventus" (İtaliya, 70), "Liverpul" (68), "Mançester Yunayted" (66) (hər ikisi İngiltərə), "Milan" (İtaliya, 49), "Arsenal" (İngiltərə, 48), PSJ (Fransa, 45) və "İnter" (İtaliya, 43) qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi