FİFA-nın Messi barədə paylaşımını sildirdilər – Səbəb Ronaldodur
FİFA-nın mətbuat xidməti Argentina millisinin kapitanı Lionel Messini tarixin ən böyük futbolçusu adlandırdığı postu rəsmi sosial şəbəkə hesabından silib.
Buna səbəb paylaşıma Kriştianu Ronaldunun fanatları tərəfindən yüzlərlə neqativ şərh yazılmasıdır.
Dünya çempionatının finalından sonra mundialın qalibi və ən yaxşı futbolçusu seçilən Messiyə həsr edilən post belə idi:
“Tarixin ən böyük oyunçusu barədə mübahisələrə son qoyuldu. Dünya çempionatının ən yaxşı futbolçusuna verilən mükafat onun kolleksiyasını zənginləşdirdi”.
fanat.az