İdman Akademiyasında Fərid Mansurov kabusu – müəllimlər “tasa otuzdurulub”
İdman cameəsində Fərid Mansurova qarşı narazılıqlar artır.
Bu barədə İnterpress.az-a bir qrup idmançı məlumat verib.
Bildirilib ki, o, nazirlikdə vəzifə daşıdığı zamanlarda idmançılardan dərəcə, titul və ad almalarına görə müxtəlif məbləğdə pul tələb edib.
Buna görə də bir müddət əvvəl Fərid Qayıbovun gənclər və idman naziri təyin olunan zaman bu cameədə fəaliyyət göstərən şəxslər arasında xeyli ümid yaranıb. İdmançılar ümid ediblər ki, xeyli narazılıqlara səbəb olan Fərid Mansurov işinin öhdəsindən layiqincə gələ bilmədiyi üçün nazirlikdəki vəzifəsindən kənarlaşdırılacaq.
Belə də oldu və ümidlər özünü doğrultdu.
Amma yeni nazir onu idman cameəsindən tam kənarlaşdırmadı və onu Bədən Tərbiyəsi və İdman Akademiyasında prorektor vəzifəsinə təyin etdi.
Buna baxmayaraq, Fərid Mansurov yeni təyinatından sonra nazirlikdən uzaqlaşdırılmasından dərs çıxarmayaraq, əvvəlki peşəsini yenidən davam etdirməyə başlayıb və narazılıqları bir qədər də artırıb.
Bu dəfə bu narazılıqlar akademiyanın müəllimləri arasında yaranıb.
Akademiyada işləyən və adının çəkilməsini istəməyən bir qrup müəllim İnterpress.az-a açıqlamasında bildirib ki, Fərid Mansurov hazırda təhsil müəssisəsində at oynadır.
Müəllimlər deyir ki, hədə-qorxu gələrək onlardan hər imtahan vaxtı müəyyən məbləğdə pul tələb edir.
Hər imtahan vaxtı tələb olunan məbləğ isə 300 manat təşkil edir. Bu da akademiyanın kollektivi arasında böyük narazılıqlara gətirib çıxarıb.
Məlumatda həmçinin bildirilib ki, Fərid Mansurov Binə qəsəsində şadlıq sarayının, Bakıda yerləşən bir çox obyektlərin sahibidir.