Dünya çempionatı oyunlarını idarə edən hakimi Lənkərana nə bağlayır? - Futbolumuzun "acı günü"... / FOTO
DÇ-2022-də qrup mərhələsinin 2-ci turunda İspaniya-Almaniya qarşılaşmasını idarə edən hakim Danni Makkeli azərbaycanlı azərkeşlərə də yaxşı tanışdır.
Azia.az xəbər verir ki, holland hakim 2013-cü ildə UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçirilən “Xəzər Lənkəran” - “Makkabi” (Hayfa) klublarının oyununu idarə edib. Qarşılaşma təmsilçimizin 0-8 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Qeyd edək ki, İspaniya - Almaniya qarşılaşması 1-1 hesabı ilə yekunlaşıb.