azia.az
azia.az

Şərif Ağayar: “Maradona kimi bir bambılının adını Folknerin yanında çəkmək olmaz”

21-11-2022, 14:13


“Futbolu çox şişirdirlər, məncə. Dahi futbolçu olmur. Ümumiyyətlə, dahilik fiziki hadisə deyil. Kamyunun futbol haqda dedikləri açıq cəfəngiyyatdır. Deyir, əxlaqıma görə futbola borcluyam. Məcazi mənada əxlaqımıza görə svetofora da borcluyuq. Əxlaq ümumilikdə borc hissidir elə. Belə çıxır ki, futbol olmasa, Kamyu əxlaqsız olacaqdı. Halbuki, AYB üzvü deyil. Anarı dəstəkləmir. Digər tərəfdən, sol düşüncə ilə futbolu bu qədər sevmək qəribə gəlir mənə. Kapitalizm futbol qədər heç nə ilə əxlaqsızlıq eləmir. Məhz əxlaqsızlıq...”

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Şərif Ağayar bildirib.

 

Ş.Ağayar vurğulayıb ki, Əfqanıstanın yerlə yeksan olması bəşəriyyəti Allahın həvədiş Ronaldosunun iki ayaq hərəkəti qədər maraqlandırmır: “Hərəkət ee... Heç bir məfkurəyə bağlanmayan, sivil nəsə vəd etməyən bir şey... Bütün pis adamlar diqqətin əsl həqiqətlərdən yayınması üçün pullar xərcləyir. Futbol qədər bu işə yarayan sahə yoxdur. Sevmək olar, azarkeşlik də eləmək olar, Braziliya yığması uduzanda ağlamaq da olar, lakin Maradona kimi bir bambılının adını Folknerin yanında çəkmək olmaz. Məni italyan dostum Sorrentino başa düşdü. "Gənclik" filmi ilə. Bir də qadınlar. Çox ağıllıdırlar. Futbolu sevən qadına siçan dərmanı vermək lazımdır. Xəyanətkardır o! Bütün ali dəyərlərin düşmənidir. Dünya futbolu bir bayatı misrası qədər məna daşımır. Buna o qədər əminəm ki... Çox qərəzliyəm eee... futbola qarşı...”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi