Millimiz böyük hesabla məğlub oldu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın U-21 yığması bu gün yoxlama görüşünə çıxıb. Xəbər verilir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda Macarıstanın U-21 yığması ilə qarşılaşıb. Qarşılaşma macarların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, millimiz noyabrın 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.