O topla qol vuranda "Tanrının əli" idi demişdi - Rekord qiymətə satıldı
1986-cı il dünya çempionatında İngiltərə ilə matçda Dieqo Maradonanın vurduğu top İngiltərədə keçirilən hərracda satışa çıxarılıb.
Azia.az xəbər verir ki, həmin top rekord qiymətə - 2 milyon funta (4 milyon manatdan çox) satılıb.
Qeyd edək ki, 1986-cı il dünya çempionatında İngiltərə yığması ilə 1/4 final matçında Argentina milli komandasının futbolçusu Dieqo Maradonanın əllə qol vurmuşdu. Qalmaqallı qol 51-ci dəqiqədə qeydə alınmışdı. Maradona əli ilə topu rəqib qapısına göndərib. Bununla da Argentina 2:1 hesablı qələbə sayəsində yarımfinala yüksəlib. Matçdan sonra D.Maradona topun yarısının başla, yarısının "Tanrını əli" ilə vurulduğunu bildirmişdi. Onun bu şərhi isə tarixə keçmişdi.
Məlumat üçün qeyd edək ki, Maradonanın həmin matçda geyindiyi forma hərracda 7,1 milyon sterlinqə satılmışdı.
Dieqo Maradona 2020-ci il noyabrın 25-də dünyasını dəyişib.
ş