azia.az
azia.az

Aslan Kərimov: "Bunu azarkeşlərə deyirəm, oyunçuların qulağından iraq"

31-10-2022, 13:15


"Qarabağ" bu həftə UEFA Avropa Liqasında qrup mərhələsinin VI turunda öz meydanında  "Frayburq"u qəbul edəcək. 

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın qrupdakı son oyunu barədə fikirlərini bölüşüb:

"Ötən oyun məğlub olmağımıza baxmayaraq, "Frayburq"la matçda qalib gələcəyimizi düşünürəm. Ən azı dəqiq heç-heçə olacaq. Nə deyirsinizsə-deyin, bu, belə olacaq. Sizin sayt vasitəsi ilə azarkeşlərə deyirəm. Amma oyunçuların qulağından iraq. 

Düşünmürəm ki, "Frayburq" Bakıya əsas heyətlə gələcək. Onlar artıq birinciliyi təmin ediblər. Rəqib komandanın baş məşqçisi Kristian Ştrayxın Bakıya sevgisi ilk oyundan bilinirdi. Almaniyada 2:0-dan sonra özümüzə gələrək əməlli başlı futbol nümayiş etdirdik. Mənə elə gəlir ki, "Frayburq"un o heyətindən ən azı 2-3 nəfər olmasa, qalib gələ biləcəyik. Almaniya klubunun uzun Bakı səfərindən sonra bizə qarşı yüksək təzyiqli futbol oynayacağını düşünmürəm. Bu da onu deməyə əsas verir ki, "Qarabağ" göstərdiyi layiqli oyunla qrupu ikinci olaraq başa vura biləcək. 

Hətta heç-heçə olsa belə, məncə, "Nant" "Olimpiakos" səddini keçə bilməyəcək. "Olimpiakos" əldə etdiyi legionerlərlə daha güclü oynamağa başlayıb. Yunanıstan klubu bu mövsüm nə qədər zəif çıxışı ilə yadda qalsa da, "Nant"la görüşdə məğlub olmayacaq. Hələ turnir başlayanda "Frayburq"la bizim 1 və 2-ci yerləri bölüşdürəcəyimiz məlum idi. Ümid edirəm ki, biz bunun öhdəsindən gələ biləcəyik". 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi