Arsenal” futbol klubunun müdafiəçisi Pablo Mari İtaliyanın Milan şəhərindəki marketlərin birində hücuma məruz qalıb. Bıçaqlanan futbolçu xəstəxanaya yerləşdirilib.
Sfera.az xəbər verir ki, insident oktyabrın 27-də axşam saatlarında Milanın şimalında yerləşən Assaqo rayonundakı “Milano Fiori” ticarət mərkəzində baş verib. Cinayəti törətməkdə şübhəli bilinən 46 yaşlı italiyalı həbs edilib. Onun psixi sağlamlıq problemlərinin olduğu bildirir.
Şahidlərin sözlərinə görə, naməlum şəxs “Carrefour” mağazasının vitrinindən bıçaq götürərək satıcı da daxil olmaqla, insanlara hücum edib. Otuz yaşlı satıcı xəstəxanaya aparılarkən yolda ölüb.
Premyer Liqada 22 oyun keçirən Pablo Mari hazırda A seriyasında 15-ci pillədə qərarlaşan “Monza” futbol klubunda icarədədir. İtaliya çempionatında mövsüm ərzində 8 oyuna çıxaraq bir qol vuran ispaniyalı 2020-ci ildə “Flamenqo” klubundan “Arsenal”a transfer olunub.