azia.az
azia.az

Çempionlar Liqası: Daha 5 komanda pley-offa vəsiqəni təmin edə bilər

25-10-2022, 07:52

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.

Məlumata görə, 4 qrupda keçiriləcək 8 oyundan sonra pley-offun daha 5 iştirakçısı bəlli ola bilər.

E qrupunda İngiltərənin "Çelsi" klubu Avstriyada "Zaltsburq"a qalib gələcəyi halda 1/8 finala vəsiqəni təmin edəcək. Qrupun digər matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İtaliya "Milan"ını qəbul edəcək. Virusa yoluxan 25 yaşlı forvard bu görüşü buraxacaq.

F qrupunda "Leyptsiq" Almaniyada İspaniya "Real Madrid"ini məğlub etsə, qrup 2-cisi kimi pley-offa adlaya bilər. Bunun üçün həm də Ukraynanın "Şaxtyor" (Donetsk) komandası Şotlandiyada "Seltik"ə uduzmalıdır.

G qrupunda Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Mançester Siti" klubunu yensə, adını növbəti mərhələyə yazdıracaq. Danimarka "Kopenhagen"i "Sevilya" ilə İspaniyadakı görüşdə xal itirsə, Bundesliqa təmsilçisini qrupdan çıxmaq üçün heç-heçə də qane edəcək.

H qrupunda isə Fransa PSJ-si və Portuqaliya "Benfika"sı 1/8 finalın 1 addımlığındadır. Paris klubu evdə İsrailin "Makkabi" (Hayfa) komandasına, Lissabon təmsilçisi isə İtaliya "Yuventus"una məğlub olmasa, 1/8 finala vəsiqə qazanacaq.

Çempionlar Lİqası

Qrup mərhələsi, V tur

25 oktyabr

E qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Çelsi" (İngiltərə)

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya)

Xal durumu: "Çelsi" - 7, "Zaltsburq" - 6, "Milan" - 4, "Dinamo" - 4

F qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:00. "Leyptsiq" (Almaniya) - "Real Madrid" (İspaniya)

Xal durumu: "Real Madrid" - 10, "Leyptsiq" - 6, "Şaxtyor" - 5, "Seltik" - 1

G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka)

23:00."Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə)

Xal durumu: "Mançester Siti" - 10, "Borussiya" - 7, "Sevilya" - 2, "Kopenhagen" - 2

H qrupu

23:00. PSJ (Fransa) - "Makkabi" (Hayfa, İsrail)

23:00. "Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya)

Xal durumu: PSJ - 8, "Benfika" - 8, "Yuventus" - 3, "Makkabi" - 3

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya", İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları pley-off vəsiqəni təmin ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi