Kilian Mbappe tez bir zamanda PSJ klubundan ayrılmaq istəyir.
Offsideplus.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Paris təmsilçisi ilə müqaviləsindən azad olmaq üçün özünü satın almağı düşünür.
"Real"ın qış transfer dönəmində fransalı futbolçu üçün bir addım atmayacağını bildirilir.
Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2025-ci ildə başa çatmalıdır. İddiaya görə, oyunçu klub rəhbərliyindən onu buraxmasını xahiş edib. Buna tərəflər arasında münasibətlərin tamamilə korlanması səbəb olub. PSJ isə Kiliana 400 milyon avro satış qiyməti qoyub.

Azərbaycanda oynayan ən bahalı futbolçu kimdir? - Siyahı
Məmurların TENDER-MENDER OYUNLARI... - İLGİNC FAKTLAR
Qadınlar niyə qarınlı kişiləri sevir?
