Kasilyas Şakira ilə eşq yaşadığı barədə iddialara cavab verdi
"Real"ın əfsanəsi İker Kasilyas Şakira ilə münasibətinin olması barədə yayılan xəbərləri təkzib edib.
Offsideplus.az xəbər verir ki, sabiq qolkiper medianın yaydığı xəbərləri İnstaqram hesabında paylaşıb və bu məlumatların hardan gəldiyini anlamadığı ifadə edib.
Xatırladaq ki, Pike və Şakira futbolçunun xəyanəti səbəbindən iyunun 4-də ayrılıblar. Son günlərdə isə kolumbiyalı müğənninin İker Kasilyasla eşq yaşadığı bildirilirdi.