azia.az
azia.az

'Real'ın və Braziliya tarixinin ən yaxşılarından biri 'Qarabağ'a görə Bakıya gəlir - FOTO

3-09-2022, 11:58

'Real'ın və Braziliya tarixinin ən yaxşılarından biri 'Qarabağ'a görə Bakıya gəlir - FOTO
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" heyətini ulduz futbolçu ilə gücləndirib.

Gundem.az xəbər verir ki, Yunanıstan klubu "Real"dan ayrılan Marselonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Pirey təmsilçisi braziliyalı sol cinah müdafiəçisi ilə 1+1 illik müqavilə imzalayıb.

Marselo 2007-2022-ci illərdə “Real”da çıxış edib. 34 yaşlı futbolçu Madrid klubunun heyətində meydana çıxdığı 546 oyunda 38 qol, 103 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

'Real'ın və Braziliya tarixinin ən yaxşılarından biri 'Qarabağ'a görə Bakıya gəlir - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi