"Qalatasaray"dan güc balansını alt-üst edən transfer: Ulduz hücumçu İstanbula gəlməyə razılıq verdi
PSJ klubunun hücumçusu Mauro İkardi "Qalatasaray"a transfer olmağa razılıq verib.
Azia.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu idman jurnalisti Nikola Skira məlumat yayıb. Onun iddiasına görə, İkardi türk təmsilçisində oynamaq üçün bəzi güzəştlər etməyə də razıdır.
Qeyd edək ki, İkardinin “Qalatasaray”la müzakirələr aparmaq üçün ötən həftə İstanbula gəldiyi irəli sürülüb. 29 yaşlı hücumçunun həyat yoldaşı və meneceri Vanda Nara da onu müşayət edib. Məlumata görə, Türkiyə təmsilçisi İkardiya maliyyə cəhətdən cəlbedici müqavilə təklif edib.