azia.az
azia.az

Ronaldo baş məşqçiyə qarşı belə hörmətsizlik etdi

14-08-2022, 11:10

Ronaldo baş məşqçiyə qarşı belə hörmətsizlik etdi
Ronaldo baş məşqçiyə qarşı belə hörmətsizlik etdi
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində "Brentford"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçi Erik ten Haqın əlini sıxmayıb.

Xəbər verilir ki, 90 dəqiqə mübarizə aparan portuqaliyalı superulduz "Brentford Kommyuniti" stadionunun meydançasını tərk edərkən niderlandlı mütəxəssisin yanından keçsə də, əlini ona uzatmayıb.
Xatırladaq ki, MY İPL-in ilk turunda "Brayton"a da uduzub - 1:2. Hazırda ilk 2 turda xal qazana bilməyən "qırmızı şeytanlar" turnir cədvəlinin son pilləsindədir.

Nihat


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi