azia.az
azia.az

Futbol qaydalarında dəyişiklik edildi

13-06-2022, 17:01

Futbol qaydalarında dəyişiklik edildi
Futbol qaydalarında dəyişiklik edildi
Beynəlxalq Futbol Assosiasiyaları Birliyi (IFAB) futbolda 5 əvəzləmə qaydasının daimi əsasda tətbiqinə qərar verib.

Məlumata görə, qurum rəsmi saytı vasitəsi ilə daha öncə koronavirus pandemiyası dönəmində sınaqdan keçirilən bu qaydanın effektli alındığını və birdəfəlik dəyişikliyə ehtiyac olduğunu vurğulayıb:
"2020-ci ilin mayında FİFA-nın təklifi nəticəsində IFAB qaydalarda müvəqqəti dəyişiklik etdi. Bu dəyişikliyə əsasən, nüfuzlu yarışlarda məşqçilər 3 yox, 5 futbolçunu əvəzləmək imkanı qazandılar.

IFAB-ın bu gün keçirilən iclasında bütün futbol ictimaiyyətinin dəstəyi fonunda futbol qaydalarında düzəliş edilməsini qərara aldı. Həmçinin ehtiyat oyunçuların sayı da artırılır. Yarışların təşkilatçılarının rəyini əsas götürmək şərti ilə bundan sonra ehtiyatda maksimum 12 yox, 15 futbolçu ola bilər".

Nihat


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi