azia.az
azia.az

Yollar bu tarixdə açılacaq - VİDEO

13-06-2022, 07:40


''Formula-1'' Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq iyunun 6-dan etibarən Bakının bir neçə küçə və prospekti bağlanıb. Yüksək səviyyədə baş tutan yarış bu gün başa çatdı. Bəs bağlanan yollarda hərəkət nə vaxt bərpa olunacaq?
Yollar bu tarixdə açılacaq - VİDEO
Formula 1 Azərbaycan Qran prisi ilə əlaqədar iyunun 5-dən 6-a keçən gecədən paytaxtın bir neçə küçə və prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.

''Formula-1'' Azərbaycan Qran Prisinin milli mətbuat katibi Turab Teymurov deyir ki, yarış bu gün bitsə də, yollar hələ açılmayacaq. Tətbiq edilən məhdudiyyət davam edəcək.

Turab Teymurovun sözlərinə görə bu müddət ərzində piyadaların hərəkətində heç bir məhdudiyyət yoxdur. Yolların iyunun 14-də açılması sürücülərin təhlükəsizliyi ilə əlaqədardır. Xatırladaq ki, nəqliyyatın hərəkəti üçün məhdudiyyət 3 zonada tətbiq edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi