Ermənistanın məşqçisindən ukraynalı jurnalistin sualına reaksiya - VİDEO
Ermənistan millisinin baş məşqçisi Xoakin Kaparros səfərdə Ukraynaya ( 0:3 ) hesabıyla məğlub olduqları Millətlər Liqasının oyunundan sonra mətbuat konfransında çətin duruma düşüb.
Offsidepplus.az xəbər verir ki, ukraynalı xanım jurnalist ispaniyalı mütəxəssisə Ermənistan yığmasının Ukraynaya həmrəylik nümayiş etdirməməsinin səbəbi soruşub. Çalışdırıcı isə bu suala cavab vermək istəməyib və konfransı yarımçıq tərk edib.