azia.az
azia.az

Rüfət və Renat Dadaşov qardaşları Azərbaycan klubuna keçir - ÖZƏL

17-05-2022, 17:11

Rüfət və Renat Dadaşov qardaşları Azərbaycan klubuna keçir - ÖZƏL
"Neftçi" heyətini iki yeni futbolçu ilə gücləndirə bilər.

Redaksiyamıza daxil olan məlumata görə, "ağ-qaralar" Azərbaycan millisinin hücumçuları - Rüfət və Renat Dadaşov qardaşlarını transfer etmək niyyətindədir.

Belə ki, paytaxt təmsilçisi Renatı Dadaşovu icarəyə götürmək istəyir. Böyük qardaşı Rüfəti isə transfer etməyə çalışır.

Məsələ ilə bağlı klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Xeyr, hazırda nə Rüfət, nə də Renatla maraqlanmırıq".

Qeyd edək ki, Rüfət hazırda Almaniya təmsilçisi "Şalke"nin ikinci komandasında, Renat isə İngiltərənin "Vulverhempton" klubunda çıxış edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi