"Qalatasaray" sabiq "Tottenhem"lini gətirir
Bir dönəm "Fənərbağça" forması geyinən Vinsent Yansen yenidən karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az Meksika mediasına istinadən xəbər verir ki, "sarı-qırmızlılar" sözügedən ölkənin "Monterrey" komandasında çıxış edən 27 yaşlı niderlandlı hücumçu ilə yaxından maraqlanır. Hazırkı klubuyla sözləşməsi 2024-cü ildə başa çatacaq olan futbolçunun icarə əsasında İstanbul nəhənginə keçəcəyi bildirilib.
Qeyd edək ki, Yansen 2017/2018 mövsümündə icarə əsasında "Fənərbağça"da forma geyinib.
Xatırladaq ki, o, indiki klubu ilə 16 oyuna 1 qol və 1 məhsuldar ötürmə edib.