"Xan Lənkəran"dan gözlənilməz qərar
Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən "Xan Lənkəran" təlim-məşq toplanışının əsas hissəsini ölkə xaricində keçirəcək.
Offsideplus.az-ın məlumatına görə, bu informasiyanı klubun rəsmi "instagram" hesabı yayıb. Region Liqasında çıxış edən "ağ-yaşıllar" Türkiyəyə toplanışa yollanacaq.
Türkiyəli baş məşqçi İbrahim Uzunca komandasını 10 günlük vətəninə aparacaq. Hazırlığın ikinci mərhələsi 26 yanvar - 4 fevral aralığını əhatə edəcək. Antalya şəhərində olacaq təlim-məşq toplanışı müddətində "Xan Lənkəran" 2 yoxlama oyunu da keçirəcək.