azia.az
azia.az

Haland üçün 75 milyon avroluq təklif

24-12-2021, 12:12

Haland üçün 75 milyon avroluq təklif
“Mançester Siti” Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın transferi üçün əməli fəaliyyətə başlayıb.

AzxeberSport saytının məlumatına görə, Premyer Liqa klubu qarşı tərəflə danışıqlara start verib.

“Şəhərlilər” Norveç millisinin üzvünü mövsümün sonunda heyətinə cəlb etməkdə qərarlıdır. İngilislər 21 yaşlı forvard üçün 75 milyon avro ödəməyə hazırdır. Elə Bundesliqa təmsilçisi də aparıcı oyunçusunu yay transfer pəncərəsində bu qiymətə satmağı düşünür.

Qeyd edək ki, bir neçə Avropa nəhənginin maraq dairəsində olan Erlinq Haland bu mövsüm 16 oyunda 19 qol vurub, 4 məhsuldar ötürmə verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi