“Daha çətin oyun gözləyirdim”- Qurban Qurbanov
Azia.az Apasport.az-a istinadən məlumat verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin II turunda “Omoniya” ilə keçirilən oyundan sonra deyib.
Nikosiyanın GSP stadionunda baş tutan matçda 4:1 hesablı qələbə qazanan təmsilçimiz xal ehtiyatını 4-ə yüksəldib.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: “Bu qələbəyə görə şadıq. Ancaq bununla kifayətlənməməli, arxayınlaşmamalıyıq. Qarşıdakı matçlarda da bu cür çıxış etmək lazımdır".