Sabiq "Barselona"lı "açdı sandığı, tökdü pambığı"
"Barselona" sabiq yarımmüdafiəçisi İlayş Moriba (İlaix Moriba) sabiq klubu barədə ilginc fikirlər səsləndirib.
Azia.az xəbər verir ki, "Marca" nəşrinə 18 yaşlı futbolçu Kataloniyada keçirdiyi müddətdən razı qalmadığını bildirib:
"Barselona" qəlbimdə əbədi olaraq qalacaq, amma haqqımda haqqsız söz-söhbətlərlər eşitməkdən təngə gəlmişdim. Son aylar həyatımın ən çətin günləri oldu. Ailəmə təhqiramiz mesajlar gəldi. Bu işin öhdəsindən gəlməyə çalışırdım. Nəhayət, "Leypsiq" klubuna gəlib çıxa bildim.
Mən belə münasibətə layiq deyildim. "Barselona"dan olan insanlar haqqımda doğru olmayan fikirlər söyləyirdilər. Kluba hörmət naminə ağzımı yummalı oldum. Mətbuata mənə qarşı haqsız fikirlər səsləndirdilər. "Barselona"da azarkeşlərin dəstəyi sayəsində ayaqda qalırdım. Bir neçə nəfərin hərəkətinə görə bütün azarkeşləri mühakimə etmək istəmirəm. "Barselona" əbədi olaraq qəlbimdə qalacaq. Çətin aylar geridə qalıb. Kluba və xüsusən də Ansu Fatiyə uğurlar diləyirəm. O, hamıdan çox buna layiqdir ".
Xatırladaq ki, avqustun 31-i 18 yaşlı futbolçu "Barselona"nın təklif etdiyi az məvacibi qəbul etməyib və Almaniyanın "Leypsiq" klubuna keçib.