azia.az
azia.az

Prezidentin Şahmat Federasiyasına ayırdığı 1 milyon manat hara xərcləndi? - MÜƏMMA

25-08-2021, 09:33


Azərbaycanın kişi şahmatçılardan ibarət yığması 2017-ci ildə Avropa çempionu olandan sonra Prezident İlham Əliyev tərəfindən Şahmat Federasiyasına 1 milyon manat pul ayrılmışdı. Sərəncamdan 4 il ötsə də, həmin vəsaitin hara xərclənməsi barədə məlumat yoxdur.
 Prezidentin Şahmat Federasiyasına ayırdığı 1 milyon manat hara xərcləndi? - MÜƏMMA
Bu barədə Fanat.Az-a beynəlxalq dərəcəli qrossmeyster Azər Mirzəyev məlumat verib.

"Komandamız üçüncü dəfə Avropa çempionu olduqdan sonra dövlət tərəfindən ölkədə şahmatın inkişafı üçün 1 milyon manat pul ayrıldı. Vəsaitin hara xərclənməsi haqqında heç bir məlumat yoxdur" deyə qrossmeyster bildirib.

Qeyd edək ki, 8 noyabr 2017-ci ildə Prezident İiham Əliyevin imzaladığı imzalanan Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa komanda çempionatında ölkəni layiqincə təmsil edərək qələbə qazanmışdır. Komandamızın üçqat Avropa çempionu olmasını və Azərbaycan şahmatının inkişafındakı xidmətlərini nəzərə alaraq, Azərbaycan Şahmat Federasiyasına Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi