azia.az
azia.az

Ronaldo yayılan iddialar barədə son nöqtəni qoydu

18-08-2021, 11:06

Ronaldo yayılan iddialar barədə son nöqtəni qoydu
Gələn yay "Yuventus"la müqaviləsinin müddəti başa çatacaq Kriştiano Ronaldo müxtəlif klublarla adının hallanmasına münasibət bildirib.

Azia.az xəbər verir ki, sosial şəbəkə hesabından paylaşım edən 36 yaşlı hücumçu bu sözləri yazıb:

"Məni tanıyan hər kəs işimə necə diqqət göstərdiyimi bilir. "Az danış, çox iş gör" - bu, karyeramın başladığı andan mənim devizim olub. Lakin haqqımda yayılan son iddialar barədə mövqeyimi bildirməyi özümə borc bildim.

"Real"dakı hekayəm artıq yazılıb: Sözlər və rəqəmlərdə, kubok və titullarda, rekord və başlıqlarda... Bunlar "Santyaqo Bernabeu stadionu"nda və klubun bütün azarkeşlərinin ağlında qərarlaşıb. Əminəm ki, əsl "Real" azarkeşləri məni qəlblərində daşıyacaqlar, mən də onları...

İspaniyadakı son olaylardan əlavə, adım fərqli liqalardan çoxlu klublarla hallandı və heç kəs əsl həqiqəti öyrənmək istəmədi.

Sükutu pozub bildirmək istəyirəm ki, insanlara mənim adımla oynamağa icazə verə bilmərəm. Karyerama və işimə fokuslanmışam, üzləşəcəyim bütün çətinliklərə hazıram. Geri qalan? Geri qalanı sadəcə boş söz-söhbətdir".

Qeyd edək ki, Kriştianonun "Mançester Siti", PSJ və "Real Madrid" kimi klublara keçmək istədiyi ilə bağlı iddialar yayılmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi