azia.az
azia.az

"Qarabağ" - AEL matçının biletləri satışa çıxarılır

5-08-2021, 22:05

"Qarabağ" - AEL matçının biletləri satışa çıxarılır
"Qarabağ"ın Bakıda Kiprin AEL komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun biletləri avqustun 6-da satışa çıxarılacaq.

Azia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat təşkil edir.

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "İticket.az" saytından, "FAW Azərbaycan"dan və Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən almaq olar.

Qeyd edək ki, avqustun 12-də keçiriləcək oyun saat 20:00-da başlayacaq. COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi