azia.az
azia.az

Avro-2020 oyunları ilə bağlı FHN gücləndirilmiş rejimə keçib

11-06-2021, 21:54


Futbol üzrə Avropa Çempionatının (AVRO-2020) Bakıda keçiriləcək oyunları ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş rejimdə çalışacaq.
Avro-2020 oyunları ilə bağlı FHN gücləndirilmiş rejimə keçib
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, UEFA Avropa Çempionatının bir neçə oyunu Bakı şəhərində keçirilməsilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən Nazirlikdə Qərargah yaradılıb.

Həmçinin, oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, Dalğa Arena, Bakcell Arena, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı otellərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə nəzarət edilməsi məqsədilə Nazirliyin əlaqədar qurumlarına müvafiq tapşırıqlar verilib, təhlükəsizlik müayinələri keçirilib, maarifləndirmə işləri aparılıb. Bundan əlavə, baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi