Komissiya: Maradona qəsdən öldürülüb
Dünya futbolunun əfsanəsi, Argentina millisinin sabiq oyunçusu və milli komandanın keçmiş baş məşqçisi Diyeqo Maradonanın öldürüldüyü məlum olub. Bu barədə Maradonanın ölümünü araşdıran komissiyanın rəyində qeyd olunub. Məlumata görə, komissiya Maradonanın son videosundakı görüntüləri araşdırıb. Yoxlama zamanı həkimlərin hərəkətlərinin adekvat olmadığı təsdiqini tapıb. Bu səbəbdən Maradonanı müalicə edən tibb işçiləri qətldə ittiham olunurlar. Qanunvericiliyə əsasən, ölüm işində təqsirli bilinən 7 nəfərin hər birini 8 ildən 25 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, Dieqo Maradona ötən il noyabrın 25-də dünyasını dəyişib.